Qapı arxasında qalan iki azyaşlı xilas edilib

21:45 08.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncə şəhərinin Kəpəz rayonunda 2 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, çağırış ünvanına cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri azyaşlıları xilas edib və aidiyyəti üzrə təhvil veriblər.