Qara dənizdə genişmiqyaslı hərbi təlimlər başa çatıb

17:14 27.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qara dənizdə “Sea Breeze-2020” genişmiqyaslı hərbi təlimləri başa çatıb.

Hafta.az-ın məlumatına görə, iyulun 20-də başlamış təlimlərdə Ukrayna, Gürcüstan, Türkiyə, Bolqarıstan, Rumıniya, ABŞ, Norveç və İspaniya hərbçiləri iştirak ediblər.

Təlimlərə ümumilikdə 2 mindən çox hərbçi, 20-dən çox gəmi, eləcə də aviasiya vasitələri qatılıb.

Bu təlimləri, eyni zamanda Ukraynanın Odessa və İspaniyanın Rota şəhərlərindəki qərargahlardan idarə olunub.