Qarabağ azad edildikdən sonra erməni icması Azərbaycanda sülh və firavanlıq şəraitində yaşayacaq - Hikmət Hacıyev-VİDEO

22:21 14.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qarabağ azad edildikdən sonra erməni icması Azərbaycanda sülh və firavanlıq şəraitində yaşayacaq.

Hafta.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"dəki hesabında yazıb.

H.Hacıyev bildirib:

"79 yaşlı erməni əsilli Azərbaycan vətəndaşı - xanım Marqosyan Alivina Sarkisovna. Ermənilərin Azərbaycanda dinc yaşamasının başqa bir təzahürü. Qarabağ azad edildikdən sonra erməni icması Azərbaycanda ləyaqət, sülh və firavanlıq şəraitində yaşayacaq".