Qarabağ ermənilərinin milli kimlikləri ƏLİNDƏN ALINIB - "ONLAR ERMƏNİ YOX..."

16:35 29.10.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Keşmiş Dağlıq Qarabağ ermənilərinin əksər hissəsinin xaçpərəst alban-türk kökənli olduğunu, Ermənistanda alban mənşəli əhalinin yarısının da “erməni” adı ilə haylaşdığını, onların milli və dini kimliklərinin əlindən alındığını gündəmə gətirməliyik.

Bu fikirləri hafta.az-a Azərbaycan Liberal partiyasının sədri Əvəz Temirxan deyib.

Onun sözlərinə görə, bununla bizimlə düşmənçilik edən revanşist qüvvələrin arasına bir təfriqə salmalıyıq:

"Bu, gecikmiş addımdır. Hərbi cəhətdən qalib gəlmək hələ diplomatik və ideoloji cəbhədə də qələbə demək deyil. Bu sahədə xeyli tər tökməliyik...

Biz “Ermənistan” adlandırılan ölkədə haylarla albanlar arasında fərq qoymalı və bu fərqi görüb dərk etməliyik. Xalq diplomatiyasında da məhz alban kökənli qarabağlı və ermənistanlılarla işləməliyik. Onların milli və dini kimliyini özlərinə qaytarmasına çalışmalıyıq..."

Onun sözlərinə görə, dəfələrlə özünü alban mənşəli hesab edən erməni görüb:

"Mən xaricdəki, o cümlədən Rusiyadakı müxtəlif tədbirlərdə belələrinə rast gəlmişəm. Bakıdan köçmüş bir neçə erməni hesab etdiyimizə deyəndə ki, sən hay deyilsən, albansan, türksən, azərbaycanlısan, bizim etnik kökümüz eynidir, sadəcə, yalnız dini təsəvvürlərimiz ayrıdır, inanın ki, onların çoxu sevinir. Azərbaycanda görkəmli şəxsiyyətlər var ki, onların qohumları müsəlmanlığı qəbul etməyiblər və onlar da Qarabağdakı xristian alban türklərlə eyni soydandır...

Əgər Qorbaçovun köməkçisi olmuş Georgi Şahnzarovun oğlu kinorejissor Karen Şahnazarov deyirsə ki, mən türk, müsəlman köklüyəm, əslim şuşalıdır və biz belə faktdan istifadə etmiriksə, daha nə deyək. Adam öz dili ilə deyir ki, mən hay deyiləm, alban kökənliyəm. O, hələ Tovuz döyüşlərindən xeyli əvvəl deyirdi ki, Qarabağ Azərbaycanındır, biz Azərbaycanın tərkibində yaşamalıyıq..."