“Qarabağ” Rəşad Sadiqovla yeni müqavilə imzalamaq istəyir

18:48 06.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Qarabağ” klubu U-19 komandasının baş məşqçisi Rəşad Sadiqovla yola davam etmək istəyir.

Hafta.az bildirir ki, bu barədə “Qarabağ” futbol akademiyasının meneceri Nail Kərimov məlumat verib.

O, mövsümün sonunda mütəxəssislə danışıqlar masasına oturacaqlarını bildirib: “Akademiyamızın bir çox məşqçisi ilə mövsümün sonunda müqavilə başa çatır. Lakin onları burada saxlamaq istəyirik. Buna Rəşad Sadiqov da daxildir. Mövsümün sonunda qarşı tərəflə sözləşmə ilə bağlı söhbətimiz olacaq”.