Qarabağ separatçılarına məxsus 6 avtomobil oğurlandı...

12:15 10.11.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ermənistan Daxili İşlər Nazirliyinin baş kriminal polis idarəsinə əməliyyat məlumatı daxil olub ki, sentyabrın 19-dan oktyabrın 17-dək naməlum şəxs və ya şəxslər Qarabağda  yaranmış əlverişsiz vəziyyətdən istifadə edərək  ləğv edilmiş separatçı-terrorçu rejimin  qondarma “milli təhlükəsizlik xidməti”nə məxsus 6 avtomobili qaçırıblar.

 

Hafta.az xəbər verir ki, bu haqda tert.am məlumat yayıb.

 

Məlumata görə, oğurlanan avtomobillər 2 ədəd “Hyundai County”, 1 ədəd “Mercedes Sprinter”, 1 ədəd “Ford Transit”, 1 ədəd “Nissan Navara” və 1 ədəd “Chevrolet Niva” markalı avtomobillərdir.

 

Bütün avtomobillərdə separatçı rejimin “MTX”-nin nömrə nişanları olub və “avtomobillərin oğurlanması xüsusilə böyük maddi ziyana səbəb olub”.