Qarabağda ermənilərin qeyri-qanuni məskunlaşdırılması davam edir - 76 AİLƏ KÖÇÜRÜLDÜ

17:11 04.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dağlıq Qarabağda ermənilərin qeyri-qanuni məskunlaşdırılması davam edir.

Hafta.az-ın erməni KİV-lərinə istinadən yaydığı məlumata görə, rus sülhməramlılarının nəzarətində olan ərazilərdəki qondarma rejimin açıqladığı rəqəmlərə görə, Dağlıq Qarabağ ərazisində 76 ailə məskunlaşıb. Onların heç biri bu illər ərzində Qarabağda yaşamış ermənilər deyil. 

Tək bu ilin iyununda 39 nəfərdən ibarət 8 ailə Qarabağda daimi yaşamağa gəlib. 10 ailənin isə köçürülmə prosesi davam edir.