Qarabağda teatrlar yenidən fəaliyyətə başlayacaq

22:00 27.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"27 mart Dünya Teatr Günüdür. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan zəfər Qarabağda mədəniyyətimizin dirçəlişi üçün də tarixi bir səhifə açıb".

Hafta.az xəbər verir ki, bunları Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov twiter hesabında yazıb.

"Qarabağda erməni vandalizminə məruz qalan teatrlarımız tezliklə yenidən fəaliyyətə başlayacaq", - Prezidentin köməkçisi qeyd edib.