Qarabağdakı erməni həbçiləri bu üsulla QAÇACAQLAR

16:48 21.08.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Bu ermənilər anlamağa başlayıblar ki, yaxın gələcəkdə Azərbaycan qanunları ilə yaşamayacaqlarsa, Qarabağda həyatlarını davam etdirə bilməyəcəklər və ona görə indidən bölgəni tərk etməyə başlayıblar. Axtarışda olan caniləri çıxmaq şərtilə bu ermənilərin Azərbaycan ərazisini tərk etməsinə şərait yaradılması doğru strategiyadır”.

Bunu hafta.az-a hərbi ekspert Elxan Şıxəliyev rus vətəndaşı olan ermənilərin Laçın keçid -buraxılış məntəqəsindən keçərək Ermənistana köçməsi ilə bağlı bildirib.

Onun sözlərinə görə, köç başlasa da, bu hələ ki, kütləvi şəkil almayıb.

“Elə etməliyik ki, yad ünsürlər və Azərbaycan qanunları ilə yaşamaq istəməyənlərin ərazimizi tərk etmələri sürətlənsin”.

E.Şıxəliyev eyni zamanda qeyd edib ki, Qarabağı 3 qrup erməni tərk edə bilər. Ekspert bildirib ki, birinci qrupa Ermənistan ordusunun həbrçiləri daxildir.

“Azərbaycan Laçın yolunu nəzarətə götürdükdən sonra onların hərbi formada geri dönüşü mümkün deyil. Onlar eyni zamanda Qarabağda qalmaq istəmirlər. Belələri hərbi formalarını mülki geyimə dəyişərək Ermənistan pasportu ilə Qarabağı tərk edə bilərlər.

İkinci qrupa Rusiya pasportu olan Qarabağ erməniləri aiddir. Onlar da Rusiyaya köçməyə üstünlük verə bilərlər.

Üçüncü qrupa Qarabağ ermənilərinin özləri aiddir. Bu o ermənilərdir ki, Azərbaycan qanunları ilə yaşamaq istəmirlər”.

Siyasət rubrikasından digər xəbərlər