Sentyabrın 30-da Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun ermənilər yaşayan hissəsindəki Rusiya "sülhməramlı" kontingentinin himayəsində bəslənən separatçı-terrorçu rejimin üzdəniraq qondarma "xarici işlər naziri" David Babayan Kaliforniya ştatının Los-Anceles şəhər şurasının iclasında iştirak və çıxış edib.
Hafta.az xəbər verir ki,bu haqda Xankəndindəki separatçı erməni nəşrləri məlumat yayıb.
İclas zamanı Los-Anceleslə separatçı rejim "münasibətlərinin inkişaf perspektivləri, Cənubi Qafqaz regionunda baş verən proseslər, Azərbaycan-Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlərə toxunulub" -xəbərdə belə deyilir.
Xatırladaq ki, D.Babayan artıq 10 gündən çoxdur ki, ABŞ-da səfərdədir. Bu müddət ərzində onun Konqres binasında çıxışına və bir sıra ermənipərəst konqresmen və senatorlarla görüşünə şərait yaradılıb.