Yazını böyüt
Yazını kiçilt
Qarabağdakı separatçı rejim bölgəni tərk etmək istəyən erməniləri zorla burada saxlamaq üçün şantaja, təzyiqlərə əl atır. Hafta.az bildirir ki, artıq bu “tələblər” Arayik Arutyunyanın dilindən səslənir.
“Ölkəni (Qarabağı) tərk edib əmlakını icarəyə verən, gəlir əldə edənlərlə bağlı ciddi qərarlar paketini təqdim edəcəyik, məsləhətli qərar vermək lazımdır. Nə edəcəyimizi deyə bilmərəm, amma hesab edirəm ki, bu insanlara çox ciddi yanaşmaq lazımdır. İlk növbədə, onlar gəlir imkanından məhrum edilməlidirlər, bunu yüksək səslə bəyan edirəm.O ki qaldı, kiminsə getmək istədiyi bəyanatlarına... istəsə, sakitcə, səssizcə getsin”, - deyə Arutyunyan bildirib.