Yazını böyüt
Yazını kiçilt
Qarabağdan köçkün düşmüş erməni sakinlərin əlində kifayət qədər silah var.
Hafta.az xəbər verir ki, bu barədə Ermənistan daxili işlər naziri Vahe Qazaryan parlament iclasında danışıb.
Erməni nazirin sözlərinə görə, bu silahlar həm qanuni, həm də qeyri-qanunidir.
“Biz Qaravağ polisləri ilə əməkdaşlıq edirik ki, müəyyən ideya yaransın.
Daxili işlər naziri mükafat olaraq verilən silahlarda da problem olduğunu qeyd edib.
“Bizim Ermənistanın dövlət tərəfindən təltif edilmiş vətəndaşları haqqında məlumatımız var, lakin Dağlıq Qarabağ(keçmiş-S.L.) vətəndaşlarının(dırnaqarası-S.L.) təltif edilməsi ilə bağlı məlumatımız yoxdur”,- deyə nazir bildirib.