Qarabağdan gətirilən 11 məhbusdan biri saxlanılıb - Ermənistan DİN

17:51 30.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qarabağdan Ermənistana gətirilən 11 məhbus gətirilib, onlardan biri saxlanılıb.

Hafta.az trend-ə istinadən xəbər verir ki, bunu Ermənistanın daxili işlər naziri Vahe Qazaryan Ermənistan Milli Yığıncağının 2024-cü il üzrə dövlət büdcəsi layihəsi üzrə daimi komissiyalarının iclasında deyib.

Nazirin sözlərinə görə, onlardan biri qətl törətməkdə ittiham olunur. Bütünlükdə 11 nəfər sərbəst buraxılıb.

Qazaryan, həmçinin, Qarabağdan köçən ermənilərin bəzilərinə qarşı cinayət işləri açıldığını və bununla Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin məşğul olduğunu deyib.

Onların hamısına Ermənistanı tərk etmək qadağan olunub.