Qarlı hava şəraiti ilə bağlı valideynlərə müraciət edilib

14:00 14.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qarlı hava şəraiti ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) valideynlərə müraciət edib.

BDYPİ-dən hafta.az-a verilən xəbərə görə, müraciətdə deyilir:

“Əziz valideynlər:
- övladlarınızı yollarda nəzarətsiz qoymayın;
- uşaqların avtomobil yollarında və ya yol kənarlarında qarla oynamalarına, eləcə də yollarda sürüşmələrinə icazə verməyin;
- uşaqların əyləncələrini təhlükəsiz hesab olunan parklarda və yaşayış binalarının qarşısında salınan istirahət zonalarında təşkil edin.
Nəzərə almaq lazımdır ki, belə havalarda tormuzlama zamanı avtomobillərin yolda sürüşmə ehtimalı yüksəkdir”.