Qarlı havada xəsarət alanların SAYI

11:10 27.02.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qarlı hava şəraiti ilə əlaqədar indiyədək 163-ü qadın, 184-ü kişi olmaqla, 347 nəfərin müraciəti qeydə alınıb.

Bu barədə hafta.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onlardan 315 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub:

"Müraciət edənlərdən 32 nəfərə yerində yardım olunub".