Qaxda evdə yanğın olub

11:03 20.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qax rayonunda yanğın baş verib.

 

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, rayonun Əmbərçay kəndində ümumi sahəsi 168 m² (hər mərtəbəsi 84 m²) olan ikimərtəbəli evin 2-ci mərtəbəsində 1 otağın tavanı və dam örtüyünün yanar konstruksiyaları 16 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.