Qaydaları pozub polisə tabe olmayan sürücüyə 15 sutka həbs cəzası verildi

15:06 11.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının Babək prospekti istiqamətində davamlı olaraq qayda pozuntuları edən sürücüyə 15 sutka inzibati həbs cəzası verilib.

“Saxla” əmri verilməsinə baxmayaraq ətrafdakı insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan yol hərəkəti qaydalarını və ictimaiyyət əleyhinə olan qaydaları açıq şəkildə pozan sürücü saxlanıldıqdan sonra da polis əməkdaşlarına qarşı tabesizlik göstərib.

Şəxs ərazi aidiyyəti üzrə 23-cü Polis Bölməsinə təhvil verilib. Barəsində toplanmış material isə hüquqi qiymət verilməsi üçün məhkəməyə təqdim edilib. Məhkəmə onun 15 sutka müddətinə inzibati həbs edilməsi barədə qərar qəbul edib.