Qazax 2026-cı il üçün “İdman Paytaxtı” seçilib

21:00 16.12.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dekabrın 16-da Gənclər və İdman Nazirliyinin Kollegiya iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, iclasda Qazax 2026-cı il üçün “İdman Paytaxtı” seçilib.

Bundan başqa, Goranboy 2026-cı, İsmayıllı isə 2027-ci il üçün “Gənclər Paytaxtı” seçiliblər.