Qazaxıstan səfiri Azərbaycana başsağlığı verib

22:18 01.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində hərbçilərin həlak olması ilə əlaqədar Azərbaycana başsağlığı verib.

Hafta.az-ın məlumatına görə, bu barədə səfir Qazaxıstan Respublikasının Birinci Prezidenti Gününün qeyd edilməsi ilə bağlı keçirilən tədbirdə danışıb.

Qeyd edək ki, ötən gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Oxunma sayı 105
Siyasət rubrikasından digər xəbərlər