Qazaxıstan Xəzər dənizi ilə bağlı sənədi ratifikasiya etdi

11:05 23.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında" Çərçivə Konvensiyasına Bioloji müxtəlifliyin mühafizəsinə dair əlavə protokolun ratifikasiyası barədə qanunu imzalayıb.

Hafta.az-ın məlumatına görə, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat verib.

Qeyd edək ki, protokol 2014-cü ilin mayında Xəzəryanı ölkələr tərəfindən Aşqabadda imzalanıb. Sənədin məqsədi Xəzər dənizinin bioloji müxtəlifliyinin, ekosisteminin mühafizəsi və bioloji ehtiyatların dayanıqlı istifadəsinin təmin olunmasıdır.

"Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında" Çərçivə Konvensiyası (Tehran Konvensiyası) 2003-cü il noyabrın 4-də imzalanıb və 2006-cı il avqustun 12-də qüvvəyə minib.

Azərbaycan Konvensiyanı 2006-cı ilin aprelində ratifikasiya edib.

Oxunma sayı 23