Yazını böyüt
Yazını kiçilt
Rusiyada qismən səfərbərlik elan edildikdən sonra 200 mindən çox rusiyalı Qazaxıstanla sərhədi keçib. Hafta.az bildirir ki, Qazaxıstanın daxili işlər naziri Murat Axmetjanov jurnalistlərə bildirib.
Nazir qeyd edib ki, eyni zamanda, həmin dövrdə ölkəni 147 min nəfər tərk edib. Onun sözlərinə görə, Rusiya və Qazaxıstan sərhədlərində səfərbərlik elan edildikdən sonra tıxaclar yaranıb, lakin oktyabrın 3-də vəziyyət normallaşıb. Oktyabrın 3-nə olan məlumata görə, ölkəyə 7 mindən çox rus daxil olub, 11 minə yaxın insan çıxıb.
Nazir həmçinin bildirib ki, bu günlər ərzində Qazaxıstandan sərhədi qanunsuz keçən 3 rus və Uralskda xırda xuliqanlıq etdiklərinə görə daha 4 Rusiya Federasiyası vətəndaşı saxlanılıb.