Astana Qazaxıstana gələn rusların artması problemini həll etmək üçün Moskva ilə danışıqlar aparmaq niyyətindədir. Hafta.az bildirir ki, bunu bu gün Türküstan ictimaiyyəti ilə görüşündə respublika prezidenti Kasım-Jomart Tokayev deyib.
“Biz Rusiya tərəfi ilə danışıqlar aparacağıq və bu problemi ölkəmizin maraqları naminə həll edəcəyik”, – RİA Novosti Qazaxıstan liderinin sözlərindən sitat gətirir.
O, bildirib ki, “son günlər” “Rusiyadan respublikaya çoxlu adam gəlir”. “Onların əksəriyyəti indiki ümidsiz vəziyyətə görə oranı tərk etmək məcburiyyətində qalıb. Biz onların qayğısına qalmalı, təhlükəsizliyini təmin etməliyik. Bu, siyasi və humanitar məsələdir. Hökumətə lazımi tədbirlər görməyi tapşırdım”, - deyən Tokayev həmyerlilərini səbirli və mütəşəkkil olmağa çağırıb.
Qeyd edək ki, respublikanın Daxili İşlər Nazirliyinin məlumatına görə, sentyabrın 21-dən Qazaxıstana 98 minə yaxın rusiyalı daxil olub.