Qazaxıstanda Covid-19-a qarşı hazırlanan vaksin sentyabrda elan edilə bilər

17:17 19.06.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstan hökumətinin, Baş nazir Askar Maminin sədrliyi ilə keçirilən iclasında təhsil və elm naziri Asxat Aymagambetov bioloji təhlükəsizlik sahəsində aparılan tədqiqat işləri barədə məlumat verib.

Hafta.az yazır ki, A.Aymagambetovun sözlərinə görə, Qazaxıstanda sistematik əsaslarla bioloji təhlükəsizlik və biotexnologiya sahəsində tədqiqatlar aparılır. O, qeyd edib ki, tədqiqat işləri ilə 2,5 min mütəxəssisi sıralarında birləşdirən 12 elmi tədqiqat müəssisə məşğul olmaqdadır. Əlavə olaraq, bu sahədə ölkənin 19 universitetində 4 minədək əlaqvə mütəxəssis hazırlanmaqdadır. 

Qeyd edək ki, Qazaxıstan Milli Biotexnologiya Mərkəzi bioloji müstəvidə ən böyük elmi təşkilatlardan biridir. Mərkəzin 25 sertifikatlı elmi laboratoriyası mövcuddur.

"Pandemiyanın ilkin mərhələsində, test sınaq sistemləri hələ xaricdən ölkəyə gətirilmədiyi zaman, 6 gün ərzində bu qurumun mütəxəssisləri SARS COVID-2 canlı səthi olmadan, süni sintezdən istifadə edərək koronavirus diaqnozu üçün etibarlı PCR test sistemi hazırlamışdılar. Bu sistem sayəsində epidemiyanın ilk günlərində ümumi diaqnoz həyata keçirdik. Sonradan alınaraq ölkəyə gətirilən xarici test nümunələri ilə müqayisə etdikdə, hazırlanan yerli test sisteminin yüksək həssaslığı sübuta yetirildi", - nazir deyib.

Hökumət rəsmisi əlavə edib ki, Səhiyyə Nazirliyinin istifadəyə verdiyi Milli Biotexnologiya Mərkəzində indiyədək 11 min test sistemi istehsal edilib.

"Digər vacib təşkilat Bioloji Təhlükəsizlik Problemləri elmi Tədqiqat İnstitutudur. Bu gün həmin institutun 13 laboratoriyasında təhlükəli virusun öyrənilməsi istiqamətində iş aparılır. İnstitut, təhlükəli viruslara qarşı vaksinlərin hazırlanması məsələsində əməkdaşlıq üçün Ümumdünya Səhiyyə Təşkilatı ilə müqavilə bağlayıb. Hazırda burada tibdə və kənd təsərrüfatında istifadə ediləcək yeni növ vaksinlərin və immunbioloji pereparatların hazırlanması istiqamətində iş gedir. Ümumiyyətlə, təşkilat fəaliyyəti dövründə təhlükəli və xüsusilə təhlükəli viruslara qarşı 67 növ yerli peyvənd hazırlayıb. Bundan əlavə, İnstitutun alimləri üç platformada hazırda CVI-yə qarşı beş peyvənd ərsəyə gətirməkdədirlər" deyən nazir A.Aymagambetovun sözlərinə əsasən, hazırlanmış ilk peyvəndə əsasən, virus kimyəvi maddələrlə zərərsizləşdirilir. Ümumdünya Səhiyyə Təşkilatı aktiv olmayan namizəd peyvəndi hazırlamaq üçün protokolu yoxlayıb və bu il may ayının 15-də onu siyahıya daxil edib. 

Ardıyla da, may ayının 15-də namizəd peyvəndin kliniki snaqları keçirilib. Onun siçanlar üzərində təcrübədən keçirildiyi deyilir. 10 iyunda başlayıb, gələn həftə - 23 iyunda başa çatacaq müddətdə isə namizəd peyvəndinin toksiklik və allergiyaya həssaslığı öyrəniləcək və iyun-iyul aylarında müxtəlif heyvanlar, o cümlədən primatlar üzərində tədqiqatlar aparılacaq, immun xüsusiyyətləri araşdırılacaq. 

Bütün proseslər tamamlandığında, sentyabr ayında kliniki sınaqlara girmək planlaşdırılır. Nazirin sözlərinə görə, bu sınaq mərhələləri uğurlu olduğu təqdirdə, peyvəndin effektivliyini və təhlükəsizliyini sınaqdan keçirməyin növbəti mərhələlərinə keçmək mümkündür.