Qazaxıstanda kütləvi at ölümləri kəndliləri narazı salıb

09:43 16.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstanın daxili bölgələrində yayılan epidemiya səbəbindən kütləvi at ölümləri baş verməyə başlayıb.

Hafta.az-ın yadığına görə, ğlkədə ölüm hallarına görə getdikcə populyarlaşan at ətinin tədarükündə problemlər yaşansa da, heyvan sağlamlığı mütəxəssisləri baş verənləri izah etməkdə çətinlik çəkirlər.

Bildirilib ki, ilk dəfə “Patriot of Karaganda” İnstaqram hesabından yayılan kütləvi at ölümləri daha çox Karaqanda bölgəsində cəmlənib. Məlumata əsasən, xəstəliklə əlaqədar ilk olaraq atların ayaqlarında iltihab yaranıb, daha sonra bu infeksiya bütün bədənə yayılıb.

Sosial şəbəkələrdə xəstə atların ayaqlarında böyük yaralar olduğunu və ayaq üstə dura bilməyəcəyini əks etdirən görüntülər paylaşılıb.

Tortkol kənd sakinləri limfa damarlarında iltihab nəticəsində yaranan limfangit adlı xəstəlikdən şübhələndiklərini və bu xəstəliyin daha əvvəl qonşu Umutker bölgəsində yayıldığını bildiriblər. Heyvanlar üzərində testlər aparan dövlət rəsmiləri isə limfanjit iddialarını təkzib ediblər.

Ərazidəki kənd sakinləri iddia edirdilər ki, dövlət rəsmiləri təzminat ödəməkdən yayınmaq üçün limfanjit diaqnozundan yayınıblar. Yerli sakinlər qeyd ediblər ki, dövlət əvvəllər yaxınlıqdakı kəndlərdə limfangit xəstəliyindən atlarını itirən insanlara ödənişlər edib.

Ötən il Qazaxıstanda atların sayı 5 faiz artaraq 4 milyona çatıb. Digər tərəfdən, ölkədə at ətinin istehlakı da artmaqdadır. 2023-cü ildə ölkədə kəsilən atların sayı əvvəlki ilə nisbətən 7 faiz artıb.