Qazaxıstanda məhkəmə icraçılarının yerini robotlar tutacaq

11:10 01.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstanda məhkəmə icraçısının iştirakı olmadan icra işlərini həyata keçirəcək “Robot” pilot layihəsi həyata keçiriləcək. Tezliklə bu sistem bütün regionlarda tətbiq olunacaq.

Hafta.az-ın yazdığına görə, bu barədə “Tengrinews” məlumat yayıb.

“Bu, vətəndaşları komissiya ödəməkdən azad edir və onlara təxminən 2 milyard tengəyə (4 milyon dollardan çox) qənaət etməyə imkan verir. Avqust ayında layihənin bütün ölkə üzrə genişləndirilməsi planlaşdırılır”, - deyə Ədliyyə Nazirliyindən bildirilib.

Həmçinin, Nazirlik qeyri-kommersiya təşkilatlarının qeydiyyatının bundan sonra tamamən eGov portalında aparılacağını açıqlayıb. Təsisçilər hüquqi şəxsin rəhbərini portalda dəyişə bilər ki, bu da xeyli asanlaşıb.

Bundan əvvəl Qazaxıstanın əkinçiliyə kömək edən süni intellektə malik qayçı robotunu patentləşdirəcəyi məlum olub. Sahə işlərində o, tinglər arasında olan alaq otlarını məhv etməklə məşğuldur.

“Robot itilənmiş və süni intellektlə idarə olunan qayçılarından istifadə edərək bütün alaq otlarını kökündən kəsərək məhv edir. Mühafizə zonasında yerləşən bitkilər kəsilməyəcək”, - deyə Ədliyyə Nazirliyinin rəsmi nümayəndəsi Talqat Uali bildirib.