Bu il Qazaxıstanda şair, akın Cambul Cabayevin (Jambıl Jabayev) 175 illik yubileyi qeyd olunacaq.
Qazaxıstanın ölkəmizdəki səfirliyindən Hafta.az-a daxil məqalədə deyilir ki, Cambul Cabayev qazax xalqının dahi şairi, akın, ikinci dərəcəli Stalin mükafatının laureatıdır. Cambıl 28 fevral 1846-cı ildə Ulujuza daxil olan Şapraştı nəslindən kasıb köçəri Cabayın ailəsində dünyaya göz açıb.
Ailəsinin hekalərinə əsasən, Cambılın anası Uldan onu basqınçıların İstibayın (Cambılın babası) auluna o vaxtlar üçün nadir olmayan hücumu zaman doğub. Bu, Çu çayının yuxarı axarında Cambıl dağının yanında baş verib. Cambılın atası Jabay oğluna dağın adını verib.

Balacaykən Cambıl dombrada oynamağı öyrənib, 14 yaşında o, evdən getməyi və mahnılar oxumaqla, akın olmaqla pul qazanmağı qərar verib. O, tolqau üslubunda (reçitativ) dombranın sədaları altında oxuyub. İmprovizasiya sənətini isə, akın Suyunbaydan öyrənib. Cambıl ancaq qazax dilində oxuyub. XIX əsrin sonlarında – XX əsrin əvvəlində o, dəfələrlə tanınmış akınların yarışlarında iştirak edib və qalib gəlib. O, ifşaedici mahnıların ustası kimi tanınıb.
Cambılın şairlik üslubu psixoloji zənginliyi və həyatının konkret təsviri, səmimiliyi və rəvayətin epik sadəliyi ilə seçilib. O, şifahi formaları ədəbi formaları, şeir parçaları nəsrlərlə birləşdirib. Onun mahnıları qazax ədəbiyyatının sovet dövrünün parlaq hissəsini təşkil edir. Cambılın poeziyası sadə xalqın həyatı ilə bağlıdır. Bir çox əsəri Azərbaycan dilinə tərcümə olunub.
Böyük Vətən Müharibəsi başlayanda Cambılı oğlu, sıravi Alqaday Cambulov (1900-22 fevral 1943-cü il) cəbhəyə yollanıb. O, Dnepropetrovsk vilayətinin Sinelnikovo şəhərinin azad edilməsi uğrunda döyüşlərdə həlak olub.
Cambıl Cabayev 100 illiyinə 8 ay çatmamış, 22 iyun 1945-ci ildə vəfat edib. Onu, Almatı vilayətinin Jambıl rayonun Jambıl aulunda dəfn ediblər (rayon və aul onun şərəfinə adlandırılıb). Onun bu aulda yaşadığı evində ev-muzeyi təşkil olunub. Evinin yanında əkdiyi bostan hələ də bitir. Sözügdən aul Almatıdan təxminən 60 kilometr aralıqda, Uzınaqaş qəsəbəsinin yaxınlığında yerləşir.