Qazpaylayıcı şirkətdən tələb: QAZIN QİYMƏTİ 3,3 DƏFƏ QALDIRILSIN

13:07 28.05.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Ukraynaya hücumundan sonra dünyada yaranan enerji böhranı Bolqarıstanı daha çətin vəziyyətə salıb.

Hafta.az-ın yazdığına görə, Moskva Bolqarıstana təbii qazın nəqlini dayandırdığı üçün bu ölkədə qaz çatışmazlığı yaranıb. Rəsmi qurumlar isə mövcud şəraitdən istifadə edərək əhaliyə satılan mavi yanacağın qiymətini qaldırmaq fikrinə düşüblər.

Bolqarıstan Mərkəzi Qızdırıcı Şirkəti dövlətdən tələb edib ki, hazırda dəfələrlə bahalaşan qazın satış qiymətini qaldırsınlar. Hətta dəqiq tələb də qoyulub ki, paytaxt Sofiyada qızdırıcı və isti suyun qiyməti 29 faiz qaldırılsın. Hətta Veliko Tırnovoda qiymətləri 3,3 dəfə qaldırmaq tələb edilir. Bu tələblər şirkətin rəsmi internet səhifəsində yayımlanıb.

Mütəxəssislər qeyd edir ki, amma bu tələblər mart ayında səsləndirilib. Hansı ki, o vaxtlar Rusiya qazın satış qiymətini yüksəltmişdi. Lakin bu gün ruslar ümumiyyətlə qaz satışını dayandırğı və Bolqarıstanın digər mənbələrdən daha baha qaz tədarük etdiyi üçün şirkətin öz tələblərindən geri çəkilməyəcəyi düşünülür. 

Bu arada qeyd edək ki, Bolqarıstan hökuməti enerji qiymətlərinin tənzimlənməsi məsələsinə iyuldan tez baxmayacağını bildirib. 

Ekspertlərin hesablamalarına görə, elektrik enerjisinin 4 faiz, mavi yanacağın isə ən azı 40 faiz bahalaşması gözlənilir. 

Oxunma sayı 2574