Qəbələdə 23 yaşlı gəlini qətlə yetirən qadın saxlanılıb

18:34 06.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qəbələdə 23 yaşlı qadının qətli ilə bağlı bir nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, martın 5-də Qəbələ rayonunda Aytac Əliyevanın qətlə yetirilməsi ilə əlaqədar rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları tərəfindən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilib. Nəticədə qətli törətməkdə şübhəli bilinən bir nəfər qadın saxlanılıb.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb, hazırda istintaq və əməliyyat - axtarış tədbirləri davam etdirilir.