Qəbələdə iki minik avtomobili toqquşub

21:48 13.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qəbələ rayonunun Nohurqışlaq kəndində "BMW" və "VAZ" markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Nazirlikdən hafta.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan "VAZ" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.