Qərb Rusiyanı 1991-ci il sərhədlərinə qaytarmaq istəyir - Lavrov

19:05 23.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Qərb nümayəndələri Kiyevə birbaşa deyirlər ki, Rusiya ilə danışıqlar aparmaq hələ tezdir, münaqişə ilə bağlı danışıqlara güc mövqeyindən başlamaq lazımdır, Rusiyanı 1991-ci il sərhədlərinə qaytarmaq lazımdır.

Bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov səsləndirib.

“Heç kim bizim qərbli həmkarlarımızdan soruşmur ki, onlar müntəzəm olaraq istər cənab Jozep Borrell, sonra NATO-nun baş katibi cənab Yens Stoltenberg vasitəsilə, istərsə də Amerika administrasiyası və ya Avropa İttifaqının nümayəndələri vasitəsilə danışıqlara başlamağın Ukrayna üçün hələ tez olduğunu bəyan edirlər. Bu vəziyyətdə daha çox qalib gəlmək və danışıqlara güc mövqeyindən başlamaq lazımdır. Onlar birbaşa deyirlər ki, Rusiya 1991-ci il sərhədlərinə qaytarılmalıdır”, - Lavrov Cənubi Afrikanın xarici işlər naziri Nadeli Pandorla danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.