Qərb Ukraynanı daha çox HHM sistemi ilə təmin etməlidir - Pentaqon rəhbəri

19:13 16.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Pentaqon rəhbəri Lloyd Austin deyib ki, Qərb Ukraynanın hava hücumundan müdafiə ehtiyaclarını ödəmək üçün daha çox işlər görməlidir. O, bu barədə brifinqdə məlumat verib.

“Ukraynanın enerji infrastrukturunun qorunmasına və uşaqlarının istiləşməsinə kömək edə biləcək hava hücumundan müdafiə sistemlərinə Ukraynanın təcili ehtiyacını ödəmək üçün daha çox iş görməliyik. Ona görə də düşünürəm ki, bizim böyük gündəliyimiz var və mən mühüm irəliləyiş əldə edəcəyimizə ümid edirəm”.

Bundan əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan ABŞ-ın Ukraynaya hərbi yardımını davam etdirəcəyini bildirmişdi.