Qərb dövlətlərinin Rusiya neftinə 60 dollardan yuxarı qiymət tətbiq etməsi Rusiyaya ziyan vurmayıb.
Hafta.az-ın "Foreign Policy" jurnalına istinadən yazdığına görə, adıçəkilən nəşrdə yayımlanan məqalədə "Neft qiymətlərinin məhdudlaşdırılmasını dəstəkləyənlər belə bir hərəkətin Kremli "zəncirləyə" biləcəyinə inanırdılar. Rusiya da məhdudiyyətdən asanlıqla yan keçərək onu səmərəsiz edir. Moskva bu şərtlərə uyğunlaşdı. Bu həm də qiymət tavanını dəstəkləməyən ölkələrlə ticarəti artırır” deyilir.
Bu arada, Qərbdə bu məhdudiyyətlərin daha da sərtləşdirilməsinə çalışıldığı deyilir və bunların arasında Rusiya neft şirkətlərinə və onların xarici tərəfdaşlarına qarşı sanksiyalar variantının da olduğu vurğulanır.
Xəbərdə Qərbin verdiyi və ya verəcəyi bütün bu məhdudiyyətlərin dünya iqtisadiyyatına ancaq ziyan vuracağına da diqqət çəkilir.
"Siyasətçilər heç vaxt bunu etiraf etməyi sevmirlər, lakin mükəmməl bir icra yoxdur" məqalədə deyilir. “Neftin qiymətinin tavan həddi ötən il işlədi, lakin bu, heç vaxt uzunmüddətli tədbir kimi nəzərdə tutulmamışdı. Sanksiyaya məruz qalan ölkə həmişə uyğunlaşır", - müəllif əlavə edib.
Bundan əvvəl Rusiya baş nazirinin müavini Aleksandr Novak demişdi ki, Avropa və ABŞ-da istehlakçılar tavan qiymət tətbiqinə görə daha çox pul ödəyiblər.