Qəsdən adamöldürmə - Cinayət işi başladı

13:42 23.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Martın 22-də Saatlı rayonu Fətəlikənd kənd sakini 1976-cı il təvəllüdlü Rövşən Abdullayevin ölməsi barədə Saatlı rayon prokurorluğuna məlumat daxil olub.

Hafta.az xəbər verir ki, Rayon prokurorluğunun məlumatına görə, ilkin araşdırmalarla 1977-ci il təvəllüdlü Rizvan Söhbətovun Rövşən Abdullayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Saatlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, R.Söhbətov prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.