Türkiyə parlamenti Qətərdə keçirilən “Dünya Kuboku Qalxanı” əməliyyatı çərçivəsində Türkiyə ordusunun altı aylıq missiyası ilə bağlı prezident sərəncamı layihəsini qəbul edib.
Qətərdə futbol üzrə dünya çempionatı 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək. Bura 1 milyondan çox azarkeş gəlməlidir.
Sərəncama əsasən, idman tədbirinin təhlükəsiz keçirilməsini təmin etmək məqsədilə “Dünya Kuboku Qalxanı” missiyası Qətərin silahlı qüvvələri və bu ölkə hökumətinin dəvət etdiyi dövlətlərlə birgə həyata keçiriləcək.
Xüsusilə, Qətər ərazisində missiyada iştirak edən ölkələr müxtəlif təhlükələrə, ilk növbədə terrorizmə qarşı lazımi tədbirlər görəcəklər.
Missiya Qətər hökumətinin dost və müttəfiq ölkələrə, o cümlədən Türkiyəyə müraciəti əsasında həyata keçirilir.