Qeyri-sabit hava şəraiti mayın 16-sı gündüzədək davam edəcək

15:18 14.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti mayın 16-sı gündüzədək davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən hafta.az-a verilən xəbərə görə, yağıntıların bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.