250 mm həcmli parlaq bir qırmızı banka "Koka-kola" bankasını xatırladır. Ancaq üzərində "Coca"("Koka") yazısının əvəzinə "Qaza"("Qəzza") yazılır.
Hafta.az “İslamnews” portalına istinadla xəbər verir ki, bu haqda Britaniyanın “Time” jurnalı məlumat yayıb.
Banka Fələstin bayrağı və fələstinlilərin rəmzi olan qırmızı kufiyə örtüyünün əksi ilə bəzədilib və onun içərisindəki içkinin dadı klassik "Kola"dan fərqlənmir. "Qəzza-Kola", yalnız "Coca-Cola"nı təqlid etmək cəhdi deyil. Bu, məşhur markanı boykot etmək və ona alternativ olmaq istəyidir.
Jurnal həmçinin bu ay Britaniya bazarına girən “Qəzza-Kola”nın yeni mövcud alternativ məhsullardan biri olduğunu vurğulayır.
Bundan əlavə, “Palestine Drinks” adlı İsveç şirkəti də mart ayında başladılan və Avropa Birliyi, Böyük Britaniya və Cənubi Afrikaya məhsul təmin edən daha bir alternativ yaradır.