Qırğızıstanda koronavirusa ilk 3 yoluxma faktı qeydə alınıb

15:25 18.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qırğızıstanda koronavirusa ilk 3 yoluxma faktı qeydə alınıb.

Bu barədə Qırğızıstanın Səhiyyə naziri Kosmosbek Çolponbayev məlumat yayıb. Nazir deyib ki, onlar Cəlalabad vilayətinin Suzak rayonunun sakinləridir.

Nazir vurğulayıb ki, virusa tutulanlar bu yaxınlarda Səudiyyə Ərəbistanından Qırğızıstana gəliblər və virus da oradan gətirilib.

O vurğulayıb ki, hazırda ölkədə koronavirusla əlaqədar 500-dən çox adam karantindədir.