Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev cəzaçəkmə müəssisəsindən azad edilib. Hafta.az Rusiya mətbuatına istinadla xəbər verir.
"Bu gün azad edildik, indi evə gedəcəyik" deyib mənbə.
2010-cu ilin iyununda Qırğızıstanın cənubundakı Oş və Cəlal-Abad vilayətlərində qırğız və özbək tərəfləri arasında toqquşmalar baş vermiş, bu toqquşmalar zamanı rəsmi məlumatlara görə, 442 nəfər həlak olmuş, 2000-ə yaxın insan müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. 2011-2017-ci illərdə Qırğızıstan prezidenti olmuş Atambayev 2019-cu ilin iyununda prezident toxunulmazlığından məhrum edilib və korrupsiya ittihamı ilə üzləşib. Daha sonra ona Bişkekin mərkəzində kütləvi iğtişaşların təşkilində də ittiham irəli sürülüb. 2020-ci il iyunun 23-də Bişkekin Pervomayski Rayon Məhkəməsi Atambayevi 2013-cü ildə kriminal rəhbəri Əziz Batukaevin qanunsuz azadlığa buraxılması işi üzrə əmlakı müsadirə olunmaqla 11 il 2 ay müddətinə azadlıqdan məhrum edib. Eks-prezidentin vəkillərinin sonrakı apellyasiya şikayətləri təmin edilməyib.