Bu il 30-cu Beynəlxalq Adana Qızıl Qoza Film Festivalı çərçivəsində 18-24 sentyabr tarixlərində Adanada keçiriləcək Sənədli Film Müsabiqəsində finala vəsiqə qazanan 8 əsər müəyyənləşib.
Hafta.az-ın yazdığına görə, Adana Böyükşəhər Bələdiyyəsinin təşkil edəcəyi 30-cu Beynəlxalq Adana Qızıl Qoza Film Festivalında Sənədli Film Müsabiqəsi üçün ümumilikdə 59 iekran əsəri müraciət edib. Bundan əlavə, müsabiqədə “ən yaxşı sənədli film” seçilən istehsala 100 min lirə mükafat veriləcək.
Seçim komissiyasının qiymətləndirməsi nəticəsində “ən yaxşı sənədli film mükafatı” və “münsiflər heyətinin xüsusi mükafatı” nominasiyalarında yarışacaq sənədli filmlər müəyyən edilib.
Müsabiqədə rejissor Ersin Erçin "Aladağ, Bir yürek yanğını", Vahit Sarıtaşın "Flaneuse", Tuba Denizin "Hayal eyler gönül geçmiş zaman", Ömər Safa Ömərin "Heartbeat of Tribal Galaxy", Berfi Dicle Öğütün "İki çay arasında", Gökmen Ulunun "Kommunist Osman", Kerem Soyyılmazın "Rodakisi ararken" və İsmət Arasanın "Balkanların türk hafızası" filmləri yer alıb.