Quba sakinindən qanunsuz silah götürülüb

21:53 19.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə uğurlu əməliyyat-axtarış tədbiri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan hafta.az-a verilən məlumata görə, RPŞ-nin Təhqiqat bölməsində aparılan araşdırmalar zamanı rayonun İspik kənd sakini Mütəllim Qasımovda bir ədəd müvafiq sənədləri olmayan ov tüfənginin olması müəyyən edilib və götürülüb.

 

Faktla bağlı RPŞ-nin Təhqiqat bölməsində araşdırma aparılır.