Yazını böyüt
Yazını kiçilt
Quba rayonunun Dağlı kənd sakini Q.Əliməmmədovun yaşadığı evdən silah-sursat aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, rayon polis şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Əliməmmədovun yaşadığı evdə axtarış aparıblar. Axtarış zamanı evdən 3 ədəd “TOZ”, “Karabin” və “İJ” markalı tüfənglər, 1 patrondaş, 54 patron, eləcə də patron hazırlamaq üçün qırma, barıt və alətlər aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.