Qubada piyadanı maşın vuraraq öldürüb

19:02 02.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hafta.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Xucbala kəndi ərazisində qeydə alınıb. Nəqliyyat vasitəsi yoldan keçən piyadanı vuraraq öldürüb. Onun şəxsiyyəti hələ ki müəyyən edilməyib.

Faktla bağlı araşdırmalar davam etdirilir.