“Qurani-Kərimi yandırmaq təxribatdır” - Feysəl bin Fərhan

09:45 01.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan bildirib ki, İsveç və Danimarkada Qurani-Kərimin yandırılması heç bir səbəblə qəbul edilə bilməyən təxribatdır.

Hafta.az-ın yazdığına görə, Bin Fərhan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirləri səviyyəsində Qurana hücumları müzakirə etmək üçün təşkil etdiyi onlayn toplantıda çıxış edib. Səudiyyə Ərəbistanının dini nifrət və ekstremizmin yayılmasını qəbul etmədiyini, Quranın müqəddəsliyini pozan hərəkətləri pislədiyini vurğulayan Bin Fərhan, “Quranın yandırılması heç bir kəs tərəfindən qəbul edilə bilməyən təxribatçı hərəkətdir" deyib.

Bin Ferhan qeyd edib ki, İƏT sülh və tolerantlıq prinsiplərini qorumaq, İslamı insanlara düzgün izah etmək üçün digər İslam təşkilatları ilə əməkdaşlıq etməlidir.

Qeyd edək ki, İƏT-in onlayn iclasının keçirildiyi gün Danimarka və İsveçdə Qurani-Kərimə qarşı hücumlar yenidən həyata keçirilib.

Siyasət rubrikasından digər xəbərlər