Qurban Qurbanov “Barselona”nın baş məşqçisi ilə görüşüb

16:30 24.05.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun İspaniyaya səfəri başa çatıb.

Hafta.az-ın xəbərinə görə, səfər zamanı Qurban Qurbanov, eləcə də onun bolqarıstanlı köməkçisi Çudomir Çakarov “Barselona”nın düşərgəsinə yollanıb.

Səfərin məqsədi də elə Kataloniya komandasının baş məşqçisi Hans-Diter Flikin işi ilə tanışlıq olub. “Barselona”nın bazasını ziyarət edən Q.Qurbanov Hans-Diter Fliklə görüşüb.