Ramil Rzayev İndoneziyanın ölkəmizə yeni təyin olunmuş səfiri ilə görüşüb

11:33 13.10.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu gün Cakartada Azərbaycanın İndoneziyadakı səfiri Ramil Rzayevlə İndoneziyanın Azərbaycana yeni təyin olunan səfiri Bapak Berlian Helmi arasında görüş keçirilib.

Hafta.az-ın yazdığına görə, görüş zamanı R.Rzayev yeni səfirə gələcək işlərində uğurlar arzulayıb.

Görüşdə İndoneziya ilə Azərbaycan arasında müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə olunub.