Yazını böyüt
Yazını kiçilt
Bir sıra ağır cinayətlərdə ittiham olunan Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin hüquqlarını müdafiə edən vəkilin kimliyi bəlli olub.
Hafta.az xəbər verir ki, bu, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun rəhbəri Zaur Abıyevdir.
Məlumata görə, Zaur Abıyev DTX-nin İstintaq Baş İdarəsində istintaq olunan cinayət işində dövlət təyinatı ilə Ramiz Mehdiyevin dindirilməsi prosesində iştirak edib. Bildirilib ki, Ramiz Mehdiyev hüquqlarını qorumaq üçün müstəqil şəkildə vəkil tutmayıb. /Gununsesi.info/