Çeçenistanın vitse-prezidenti və kənd təsərrüfatı naziri, həmçinin Çeçenistan lideri Ramzan Kadırovun bacısı oğlu 33 yaşlı Yakub Zakriyev səhmləri müsadirə edilən “Danone Russia” şirkətinin baş meneceri olub.
Hafta.az-ın yazdığına görə, Yakub Zakriyev Kadırovun bacısı Zulay Kadırovanın oğludur. Zakriyevin atası həm də Çeçenistan parlamentinin sədr müavini olub.
TASS-ın məlumatına görə, iyulun 16-da Putin Fransa qrupuna məxsus “Danone”nin Rusiya şirkətinin səhmlərini Federal Əmlak İdarəetmə Agentliyinin müvəqqəti administrasiyasına verib.
Rəsmi məlumatlara görə, Kappetti Şarl Viktor Henrikus əvvəllər şirkətə rəhbərlik edib.
Səhmlərinə nəzarəti ələ keçirən Federal Əmlak İdarəetmə Agentliyi “Produits Laitiers Frais Est Europe” şirkətinə məxsus “Danone Russia” şirkətinin 83295 adi səhmini və “Danone Trade”nin 85000 səhmini əldə edib. Həmçinin qanuna əsasən, “Baltika” pivə zavodunun səhmləri onun Agentliyinin müvəqqəti idarəçiliyinə keçib.