“Real Madrid” Qitələrarası kubokun qalibi olub

23:00 18.12.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Futbol üzrə Qitələrarası kubokun qalibi bəlli olub.

Hafta.az xəbər verir ki, həlledici oyunda İspaniyanın “Real Madrid” və Meksikanın “Paçuka” komandaları üz-üz gəlib.

Qətərin paytaxtı Doha şəhərində keçirilən matç Madrid təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Kilian Mbappe, Rodriqo və Vinisius Junior vurublar. Görüşü Venesueladan olan baş hakim Xesus Valensuela idarə edib.