İran prezidenti İbrahim Rəisi ölkədə məcburi hicab qaydalarını ləğv edəcəyinə söz verib. Bu addım hicab qaydalarını pozduğuna görə həbs edildikdən sonra dünyasını dəyişən Məhsa Əmininin ölümünün birinci ildönümündə etiraz aksiyalarının yenidən partlaması ərəfəsində hakimiyyət orqanlarının sərt təhlükəsizlik tədbirləri gördüyü bir vaxtda atılıb.
Hafta.az-ın yazdığına görə, Məhsa Əmininin ölümündən sonra başlayan etirazlar son 43 ildə hakimiyyət üçün ən böyük problemə çevrilib. İndi Tehranda və böyük şəhərlərdə qadınları hicabsız gəzərkən görmək mümkündür.
İran Rəyasət Heyətinin internet saytının məlumatına görə, Rəisi İran küçələrində baş verənləri istiqamətləndirilmiş və mütəşəkkil hərəkat kimi qiymətləndirərək, “düşmənlərin hiylələrində iştirak edənlər” olaraq təyin etdiyi şəxslərlə hesablaşacağına eyham vurub.