Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Naxçıvan Dövlət Nəqliyyat Xidmətində yoxlamalar keçirib

11:06 19.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin bir qrup əməkdaşı Naxçıvan Muxtar Respublikasına (NMR) gedib.

APA-nın yerli bürosunun əldə etdiyi məlumata görə, muxtar respublikada olan nazirlik əməkdaşları NMR Dövlət Nəqliyyat Xidməti publik hüquqi şəxsdə müəyyən yoxlamalar aparıblar. Yoxlamalar daha çox xidmətin son dövrlərdə gördüyü işlər, eyni zamanda sənədlərin yoxlanılması istiqamətində həyata keçirilib.

Dövlət Nəqliyyat Xidməti nazirlik əməkdaşlarının muxtar respublikada olduğunu APA-ya təsdiq ediblər.